Messi "Barselona" ilə oyunda zədələndi
"İnter Mayami"nin kapitanı Lionel Messi Ekvador "Barselona"sı ilə yoldaşlıq oyununda zədələnib.
Sportlife.az xəbər verir ki, argentinalı futbolçu bu səbəbdən dünənki məşqi buraxıb.
Ona sol budunda əzələ dartılması diaqnozu qoyulub. Futbolçu əlavə tibbi müayinələrdən keçib və diaqnoz təsdiqlənib.
Messinin sıraya nə vaxt dönəcəyi bəlli deyil və hər şey vəziyyətindən asılı olacaq.