"Milan" futbolçusunu satdı
Alexandro Ximenes İngiltərənin "Bornmut" klubuna daimi əsasla transfer olunub.
Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu ilkin icarə müqaviləsindən sonra transfer bəndini aktivləşdirmək üçün lazımi sayda oyuna çıxıb.
Nəticədə satınalma bəndi işə düşüb.
Ximenes bu mövsüm Premyer Liqada 22 oyunda iştirak edib və bir qol vurub.