Şahruddinə görə növbəti cəza

  • Bu gün, 14:47

FIFA İntizam Komitəsi Türkiyənin I Liqa təmsilçisi “Adana Dəmirspor”a növbəti dəfə xal silmə cəzası verib.

Sportlife.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb. Bildirilir ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib.

Verilən cəzadan sonra “Adana Dəmirspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Komanda hazırda liqada -40 xalla sonuncu pillədə qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Dəmirspor" klubunun futbolçulara və ya başqa şəxslərə borclarının olmasıdır. Məsələn, klub hələ də keçmiş qapıçısı - hazırda "Qarabağ"da çıxış edən Şahruddin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya borcunu tam ödəməyib və bu məsələyə görə FIFA-ya müraciət olunub. 

Klubun millimizin qolkiperinə 700 min dollar borcu olduğu bildirilir.

Xatırladaq ki, Şahruddin Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Dəmirspor"da oynayıb.


Paylaş: