Mərkəzi oyunda qol olmadı
Azərbaycan I Liqasının XIV turunda çempionluq uğrunda mübarizə aparan "Səbail" və "Şəfa klubları üz-üzə gəliblər.
Sportlife.az xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda qalib müəyyənləşməyib - 0:0.
MOİK-ə 2 cavabsız qolla qalib gələn "Baku Sportinq" liderlə xal fərqini azaldıb. "Şahdağ Qusar" isə "Cəbrayıl"ı 4:2 hesabı ilə məğlub edib.
Turnir cədvəlinə 32 xalla "Şəfa" başçılıq edir. "Baku Sportinq" 29 xalla 2-cidir. Ötən mövsüm Premyer Liqanı tərk edən "Səbail" isə 26 xalla 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, I Liqanı ilk pillədə başa vuran komanda birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək. İkinci olan komanda isə Premyer Liqanı 11-ci sırada bitirən kollektivlə pley-off mərhələsində qarşılaşacaq.