"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
Azərbaycan Premyer Liqasının XXI turunun "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı qərar qəbul olunub.
Sportlife.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi"nin razılıqla bağlı rəsmi cavabı əsasında görüş təxirə salınıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində fevralın 18-də Bakıda İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. Cavan matçı 1 həftə sonra İngiltərədə olacaq.