İspaniyalı vinger Premyer Liqa nəhənglərinin "radar"ında
"Atletik"in vingeri Niko Uilyams karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportlife.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi" 22 yaşlı futbolçuyla yaxından maraqlanır.
Uilyams bu mövsüm Bilbao klubunun heyətində 18 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 70 milyon avrodur.