Belçikalı qolkiperin müqaviləsi uzadılacaq

  • Dünən, 15:24

"Real" qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalamağı düşünür.

Sportlife.az "COPE" portalına istinadən xəbər verir ki, 32 yaşlı belçikalı qolkiper də "kral klubu"nda xoşbəxtdir.

Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Kurtua cari mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunun altısında qapısını qola bağlamağı bacarıb.


Paylaş: