Portuqaliyalı PSJ-də qalacaq
PSJ yarımmüdafiəçisi Vitinya ilə müqavilə uzadacaq.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər bu barədə razılığa gəlməyə yaxındır. Portuqaliyalı futbolçunun məvacibi də yüksəldiləcək.
Vitinya ilə yeni sözləşmə 2029-cu ilin yayına qədər olacaq.
O, bu mövsüm bütün turnirlərdə 15 oyunda meydanda olub və 2 qol vurub.