Mourinyo vaxt istəyib
"Fənərbağça" Türkiyə Süper Liqasında növbəti qələbəsini "Qaziantepspor" üzərində əldə edib.
Sportlife.az xəbər verir ki, matçdan sonra İstanbul klubunun baş məşqçisi Joze Mourinyo daha uğurlu ola bilmək üçün zamana ehtiyacı olduğunu bildirib:
"Covanni van Bronkhorsta ediləni mənə etməyin. Haqqımı verin və mənə vaxt verin. Bunu bilirəm ki, məşqçi 2-3-4 aya hər şeyi dəyişə bilməz. Covanni də yaxşı iş görürdü". "
"Fənərbağça"da bir az sabitilik var. Daha çox sabitlik və mənə bir az vaxt verin. İcazə verin dinc işləyim. Hüzur olmasa belə, bundan zövq alacam".