“Budyo-Qlimt”lə son oyunda bunu sübut etdik" - Tahir Gözəl
"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda "Lion"a qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb.
Sportlife.az "Azərtac"a istinadən xəbər verir ki, klub rəhbəri Fransa klubu ilə keçiriləcək oyunun çətin alınacağını deyib:
"Mən çox ümidliyəm. Klubuma inanıram. Hər zaman deyirdim ki, "Qarabağ" ən yaxşı formadadır. Şükürlər olsun ki, “Budyo-Qlimt”lə son oyunda bunu sübut etdik. Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün hələ də şansımız var".
Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.