Koreyalı futbolçu "Tottenhem"də qalacaq

  • Dünən, 23:10

"Tottenhem" kapitanı Son Xın Minin müqaviləsini daha bir il uzadacaq.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, koreyalı futbolçunun sözləşməsində olan bənd aktiv ediləcək və o, 2026-cı ilin yayına qədər London klubunda qalmağa davam edəcək.

Son 2015-ci ildən "Tottenhem"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 3 qol vurub.


Paylaş: