Abdullayevin yeni futbol paradiqması
U-19 millimizin baş məşqçi Elxan Abdullayev İslandiyaya məğlubiyyəti "üstünlük bizdə idi" və "şansları qaçırdıq" kimi "fəlsəfi" açıqlamalarla izah edərək, oyunun sadəcə nəticədən ibarət olmadığını vurğulayıb.
Abdullayev “İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi” deyərək, meydandakı üstünlüklərini qabartmağa çalışıb. İki qol buraxılmasına baxmayaraq, Abdullayev bu “təşəbbüs zəfərini” qalibiyyət kimi təqdim edib. Yəni, nə olsun ki, rəqib qələbə qazandı? Əsas odur ki, təşəbbüs bizdə idi!
O, İrlandiya ilə qarşıdakı oyunda “3 xal üçün meydana çıxacağıq” deyib. Görünür, Abdullayevin fəlsəfəsinə görə futbol qələbədən çox üstünlük və təşəbbüs nümayiş etdirməkdir – Meydanda qol vurulmasa da, təşəbbüs tamamilə bizim tərəfimizdə olmalıdır. Əsas olan təkrarolunmaz “təşəbbüs” ruhudur...
Sportlife.az