İtaliyalı futbolçu İngiltərədə xoşbəxt deyil
Federico Kyeza İngiltərədə xoşbəxt deyil.
Sportlife.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı "Liverpul"da az oynamaqdan məmnun deyil. O, yanvarda A Seriyasına qayıtmağı düşünür.
Kyeza bu ilin yayında "Yuventus"dan "Liverpul"a transfer olub. İtaliya millisinin üzvü Mersisayd klubunda 3 oyunda cəmi 78 dəqiqə meydanda olub.