“Bayer” və “Borussiya”nın sabiq futbolçusu karyerasını başa vurub
Türkiyə millisinin sabiq üzvü Ömer Toprak karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, o, 35 yaşında "butslarını mismardan asmağa qərar verib".
Təcrübəli müdafiəçi karyerası ərzində "Frayburq", "Bayer", "Borussiya", "Verder" və "Antalyaspor"da çıxış edib.