Yeni epoxanın başlanğıcı, yoxsa daha böyük eniş?

  • 13 Noyabr 2024, 20:43

Beləliklə, Azərbaycanın gənc futbolçularının Avropa səhnəsindəki növbəti addımları yumşaq desək, “epik fiasko” şəklində yadda qaldı. 19 yaşadək futbolçularımız İslandiyaya 0:2, 17 yaşadək “gələcək vəd edən” gənclərimiz isə Macarıstanla oyundan 0:4 hesablı məğlubiyyətlə ayrılıblar. Ümümilikdə 6 cavabsız qol! 

Azərbaycan futbolunun inkişaf modelinin "parlaq" (?) nəticələrini hər iki yaş qrupu nümayiş etdirdi.
Bu nəticələr, əlbəttə ki, futbolumuzun idarəçiliyində əsas rola malik Elxan Məmmədovun və komandasının 15 ildən çox davam edən, “uğurla” həyata keçirdiyi strategiyaların və gələcəyə dair vizyonların nəticəsidir. Məmmədovun rəhbərliyi altında formalaşdırılan futbol sisteminin gətirdiyi “yüksək səviyyə” ilə Avropanın futbolla məşğul olan gəncləri ilə açıq bir fərqimizin olduğu açıq-aşkar görünür.

Nə deyə bilərik? Bəlkə də bu oyunlar Azərbaycan futbolunun yazılmaqda olan növbəti strategiyasında yeni bir epoxanın başlanğıcı olacaq? Yoxsa gənc futbolçularımızın qarşısında daha böyük zəfərlər durur?

Nəticə etibarilə, hələlik "irəliləmək" planında daha bir addım... Geriyə!

Mirələm Həsənli


Paylaş: