PSJ gürcüstanlı futbolçu üçün israr edir

  • Dünən, 17:00

PSJ "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya üçün israrını davam etdirir.
 
Sportlife.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike gürcüstanlı vingerin oyununu çox bəyənir və onu komandasında görmək istəyir.
 
Xviçanın "Napoli" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm İtaliya A Seriyasında 12 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
 

Paylaş: