Amorim MY-i bu sistemlə oynadacaq

  • Dünən, 22:23

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandada sistemi dəyişəcək.

Sportlife.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ı 3-4-3 sxemiylə oynatmağı düşünür. Hücumun sivri ucunda Markus Reşford oynayacağı gözlənilir.

Xatırladaq ki, Amorim sabiq klubu "Sportinq"i də eyni sistemlə oynadırdı. Onun "Mançester Yunayted"in baş məşqçisi kimi ilk matçı noyabrın 24-də səfərdə "İpsviç"ə qarşı olacaq.


Paylaş: