Almaniyalı futbolçu üçün gərgin mübarizə gedir
"Bavariya"nın futbolçusu Leroy Sane yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sportlife.az "BILD" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" almaniyalı vingerlə yaxından maraqlanır.
Sanenin "Bavariya" ilə müqavilə gələn ilin yayında bitir. O, Münhen klubuyla sözləşməsini uzatmasa, yayda azad agent olacaq.
Almaniya klubu hazırda onun kontraktını artırmaq üçün danışıqlar aparır.