"Qalatasaray"ın gündəmində "Milan"ın forvardı var
"Qalatasaray" yanvarda hücum xəttinin gücləndirməyi düşünür.
Sportlife.az Calcio Mercato" portalına istinadən xəbər verir ki, "sarı-qırmızılar" Mauro İkardinin bu mövsüm bir daha meydana çıxmayacağı üçün forvard arayışlarına başlayıb. "Milan"ın forvardı Luka Yoviç siyahıda önlərdədir.
Yoviç bu mövsüm cəmi 3 oyunda 78 dəqiqə meydanda olub.
Xatırladaq ki, "Qalatasaray"ın baş məşqçisi Okan Burukun sərəncamında hazırda iki forvard var - Viktor Osimhen və Mişi Batşuayi.