İqlim dəyişikliyi və Azərbaycan futbolunun "soyuq diplomatiyası"

  • Dünən, 14:50

Bakıda keçirilən COP29 tədbirində FIFA-nın prezidenti Canni İnfantinonu da gördük. Daha maraqlısı isə odur ki, İnfantino paytaxtımıza “köhnə dost” – “FIFA Elxan” ləqəbli Elxan Məmmədovla təşrif buyurub.

İqlim dəyişikliyi haqqında danışmaq üçün gələn FIFA prezidenti niyə AFFA-da əvvəllər arzuolunmaz şəxsə çevrilən Məmmədovu da özü ilə gətirib? 

İnfantinonun Məmmədovla əl-ələ Bakıya gəlməsi yalnız iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycan futbolunun köhnə və hələ də açılmamış hesablarını gündəmə gətirərək, cavabsız qalan fırtınalı sualların yenidən havada dolaşmasına səbəb olub.

 Bu səfərin məqsədi nədir? Elxan bəy yenidən AFFA-ya qayıtmaq istəyir? Onun "köhnə qvardiyası" bu planı səssizcə gerçəkləşdirməkdədir, yoxsa sadəcə təsadüfdür? AFFA-nın yeni rəhbərliyi sanki köhnə dəftərləri açmaq fikrində deyil. Lakin Məmmədov və dəstəsi heç də boş dayanmış kimi görünmür.

Fotolar isə soyuq münasibətlər haqda çox şey deyir. Sərxan Hacıyev İnfantino ilə öndə, Məmmədov və Nəsirov arxada… Hər şey göz önündədir, amma cavablar hələ də pərdəlidir...

"FIFA Elxan" Bakıda – Bu səfər bir növ keçmiş mövzuların bağlanması, gələcəyin yenidən planlanması üçün bir ön addım ola bilərmi? Bu “futbol diplomatiyası”nın hələ də cavabsız qalan çoxlu sualları var...

Mirələm Həsənli 


Paylaş: