“Liverpul” Salahla razılığa gələ bilmir
"Liverpul" Məhəmməd Salahla müqavilə uzatmaq üçün danışıqları davam etdirir.
Sportlife.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər hələlik razılığa gəlməkdən uzaqdır.
Xatırladaq ki, Salahın Mersisayd klubuyla müqaviləsi gələn ilin yayında başa çatır.
"Barselona" bu prosesi yaxından izləyən klublardandır. Katalon klubu misirli futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.