Rövşən Nəcəfin boşluqlar strategiyası

  • 14 Noyabr 2024, 21:26

AFFA-dan xeyli vaxtdır konkret nəticələrə aparacaq "islahatlar" gözlənilir. Ortada isə yalnız keçmişdə buraxılmış səhvlərin və yarımçıq işlərin yaratdığı biabırçı nəticələr görünür.

Mövcud rəhbərlik, konkret olaraq federasiyasının prezidenti Rövşən Nəcəf köhnə izləri dəyişmək üçün demək olar ki, 7 aydır ki, heç nə etməyib.

Bu gün AFFA-da “yazılmaqda” olan strategiya əslində yazılmamış bir kitab kimidir. İslahat? Yoxdur. Strategiya? Yazılır. İlk addım? Yoxdur.

Suallar çoxdur, cavablar isə dərin bir sükut içində itib-batır. Sanki rəhbərlik yalnız bu sükutu uzatmaq üçün təyin edilib...

AFFA-nın yeni rəhbərliyi isə çürüməkdə olan keyfiyyətsiz “məhsul”u izləməklə kifayətlənir. Qısa desək, idarəetmədəki möhtəşəm “boşluqlar strategiyası” davam edir.

Sportlife.az


Paylaş: