Katalon klubu iki futbolçusuyla müqavilə uzadacaq
"Barselona" həm Pedri, həm də Qavinin müqaviləsini uzatmaq istəyir.
Sportlife.az "Sport" nəşrinə istinadən xəbər verir ki, katalon klubu hər iki yarımmüdafiəçiylə 2029-cu ilin yayına qədər sözləşmə uzatmağı düşünür.
"Blauqrana"nın baş məşqçisi Hansi Flik iki futbolçunun da komandanın gələcəyində əsas rol oynayacağını fikirləşir.