"Sumqayıt" yeni trend yaradır: Məğlubiyyət kolleksiyası
"Sumqayıt" sanki bu mövsüm “məğlubiyyət kolleksiyası” toplamaq qərarına gəlib. 13 oyuna 8 məğlubiyyət!
Belə getsə, bu komanda rəqibləri qarşısında “əzamət”i ilə deyil, məğlubiyyət rekordları ilə yadda qalacaq...
Sumqayıt" məğlubiyyət cədvəlində üçüncü pillədə qərarlaşıb. Vəziyyət o yerdədir ki, artıq heç kim bu “təkrarlanan nağıllar”dan şok yaşamır. Elə bil, komanda rəqiblərə deyil, birbaşa öz azarkeşlərinə meydan oxuyur: “Görək, dözə biləcəksiz?”
Ötən mövsüm ölkəni avrokuboklarda yaxşı təmsil etmək istədilər, alınmadı. İndi həmin uğursuzluqların davamını yerli meydançalarda daha da “təkmilləşdirirlər".
“Kəpəz” və “Səbail”i məğlubiyyət sayının azlığına görə geridə qoymaq həqiqətən də "ciddi nailiyyətdir". Məğlubiyyətləri “bacarıq” halına gətirən komanda azarkeşlərə hər həftə “uğur dolu anlar" yaşadır.
Görəsən, klubun prezidenti Riad Rəfiyev bu “uğurlu performans"ı izləyərkən nə düşünür? Düşünmür ki, bu nədir belə?
Məncə, bu suala cavab vermək üçün əslində klub rəhbərliyinin bir az “düşüncə seansına” ehtiyacı var. O, öz kreslosuna yaslanıb, fikirləşməlidir: “Görəsən, harda səhv etmişəm? Bəlkə sadəcə uğursuzam? " . Yəqin ki, “Məğlubiyyətlərdə də bir gözəllik var” deyə düşünmür.
Bəlkə də bu məğlubiyyətlərin fonunda azarkeşlər artıq nəticə gözləməyə ehtiyac duymur – Çünki hər şey gün kimi aydındır!
Sportlife.az