Niderlandlı futbolçu 17 aydan sonra meydanlara qayıdıb
"Mançester Yunayted"in futbolçusu Tirell Malasia 17 aylıq fasilədən sonra meydanlara qayıdıb.
Sportlife.az xəbər verir ki, niderlandlı sol cinah müdafiəçisi "qırmızı şeytanlar"ın rezerv komandasının matçında 45 dəqiqə oyunda qalıb.
Malacia sonuncu dəfə ötən ilin iyununda Niderland yığmasının heyətində meydanda çıxmışdı.
O, 2022-ci lin yayında MY-ə transfer olub. "Mankunianlar" onun üçün "Feyenoord"a 15 milyon avro ödəyib.