"Sabah" nəyə yatırım edir: "Bahalı suvenirlər"ə, yoxsa gələcəyə?
"Sabah" illərdir ki, "imkanlı klub" olaraq tanınır. Büdcəsi zəngindir, başa düşdük. Bəs sonra?
Klubun məqsədi nədir? Deyəsən, özlərinə də bəlli deyil. Ölkə futboluna hansı faydaları dəyib?
Klubun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının təsnifat mərhələsindəki "Bazel" məğlubiyyətləri (0:6 ; 1:2) göstərdi ki, aşağı yaş qruplarındakı təməl də möhkəm qoyulmayıb.
Əsas komandadakı legionerlər isə "bahalı suvenirlər" kimi parıldayır, amma nəticə yoxdur. Nə qələbə, nə də davamlı inkişaf!
"Sabah" 6 oyundur qələbə üzü görmür. Yenə də baş məşqçi dəyişəcək? Amma yenə də eyni sual yaranır: Sonra nə olacaq?
İllərdir bu qeyri-stabil performansın səbəbini yazmaqdan qocaldıq, oxuyub əməl edən var? Olsaydı, indi "Sabah" ölkəmizi Konfrans Liqasında təmsil edərdi.
"Sabah"da xərclənən milyonlar küləyə sovrulur. Maraqlıdır, futbolçulara xərclənən dollarların hardan və necə gedib-qayıtdığını izləyən varmı? Şübhəlidir...
Əgər klubun məqsədi pul xərcləməkdirsə, heç bir problem yoxdur. Ancaq məqsəd futbolu inkişaf etdirməkdirsə, onda soruşuruq: Bəs faydalı işinizi nə vaxt görəcəyik?
Mirələm Həsənli