"Oyundan əvvəl də söhbətimiz oldu ki, biz bacararıq" - Qurban Qurbanov
"İlk olaraq oyunçularımı təbrik edirəm. Burdakı hər bir şəraitə baxdıqda, həm meydança, həm də hava amili... Bura üç məğlubiyyətlə gəlmişdik, istər-istəməz futbolçuların üzərində basqı varıydı. Amma oyundan əvvəl də söhbətimiz oldu ki, biz bacararıq. Biz yenə məğlub ola bilərik, ancaq buradan mübarizə aparmadan qayıda bilmərik. Futbolçularım sağolsunlar bunu bacardılar. Meydandakı hərəkətləriylə, mübarizələriylə bunu göstərdilər.
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Budyo-Qlimt"ə qarşı qazanılan qələbədən sonra deyib. O, daha sonra bunları əlavə edib:
"Dünən də bunu bildirmişdim ki, çox yaxşı bir komandaya qalib gəldik. Bu komandanın həm oyun dəsti-xətti, son zamanlar Norveç futbolunun inkişafının canlı şahidi olduq. Rəqibimiz - "Budyo-Qlimt" məğlubiyyətə layiq deyildilər. Amma mən o komandaya uğurlar arzulayıram. Həm çox yaxşı məşqçi işi görünür, həm futbolçuları çox intizamlı oynayırdılar. Onlara uğurlar arzulayıram. Futbolçularımı bir daha təbrik edirəm".
Təcrübəli mütəxəssis azarkeşləri də unutmayıb:
"Zəfər Günündə bəlkə də bütün Azərbaycan bizim oyuna baxırdı, hamı bizdən qələbə gözləyirdi. Şükürlər olsun ki, qələbə qazandıq. Azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. Bir təşəkkür də bu gün ABŞ-dən gələn azarkeşlərimizə düşür. Məni duyğulandırdılar".