"Anadolu Efes"in rəhbəri vəzifəsini tərk edib
"Anadolu Efes"in baş meneceri Alper Yılmaz vəzifəsindən ayrılıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 2009-cü ildən klubda çalışan 49 yaşlı funksioner öz istəyiylə bu qərarı verib.
A. Yılmaz bundan sonra Türkiyə Basketbol Federasiyasında çalışacaq.
O, iki dəfə Avroliqanın ən yaxşı baş meneceri seçilib.