"Çelsi"nin futbolçusu Fransa millisinin heyətindən çıxarılıb
"Çelsi"nin müdafiəçisi Uesli Fofananın Fransa yığmasının heyətindən çıxarılıb.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "zadəganlar"ın "Arsenal"la oyunundan sonra 23 yaşlı müdafiəçi sol dizində ağrı hiss edib, buna görə də risk etməmək üçün o, milli komandaya qoşulmayacaq.
Xatırladaq ki, Fofana zədəyə görə ötən mövsüm heç bir oyunda meydana çıxmayıb. O, bu sezon isə oyuna çıxıb və komandanın əvəzedilməz üzvlərindən biridir.