"Fənərbağça"nın futbolçusu Premyer Liqa klublarının "radar"ındadı
"Fənərbağça"nın futbolçusu Brayt Osayi-Samuellə Premyer Liqa klubları yaxından maraqlanır.
Sportlife.az "TBR Football" portalına istinadən xəbər verir ki, "Aston Villa", "Everton" və "Kristal Pelas" 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Osayi-Samuelin İstanbul klubuyla müqaviləsi gələn ilin yayında başa çatır. O, sözləşməsini uzatmasa, yayda azad agent olacaq.
O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.