Türkiyə millisinin baş məşqçisi "Roma"nı çalışdıra bilər

  • 12 Noyabr 2024, 13:57

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella komandadan ayrıla bilər.

Sportlife.az "Corriere dello Sport" portalına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis "Roma"nın yeni çalışdırıcısı olmaq üçün əsas namizəddir. 

Montellanın Türkiyə Futbol Federasiyası ilə olan müqaviləsində sərbəstqalma bəndi var.

İtaliyalı ötən ilin sentyabrından "ay-ulduzlular"ı çalışdırır. O, yığmanı sonuncu keçirilən Avropa Çempionatında 1/4 finala çıxarmağı bacarıb.


Paylaş: