Hummelsin İtaliya macərası uzun çəkməyəcək
Mats Hummels yanvarda "Roma"nı tərk edə bilər.
Sportlife.az xəbər verir ki, almaniyalı müdafiəçi yetəri qədər oynaya bilmədiyi üçün "canavarlar"dan ayrılmaq istəyir. O, bu mövsüm cəmi 23 dəqiqə meydanda olub.
Leandro Paredes də "Roma"dan ayrılmaq istəyən oyunçulardan biridir. O, da Hummels kimi yanvarda komandanı tərk etməyi düşünür.