Fransalı mütəxəssis İtaliya klubunda - RƏSMİ
İtaliyanın "Cenoa" klubu yeni baş məşqçisini açıqlayıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Alberto Cilardinyodan boşalan posta Patrik Vieyra gətirilib. Müqavilənin müddəti açıqlanmayıb.
Fransalı mütəxəssis son olaraq ölkəsində "Strasburq"u çalışdırıb.
"Cenoa" hazırda 10 xalla A Seriyasında 17-ci yeri tutur.