
III Liqa klubundan 1 aprel zarafatı
Türkiyənin “Karaman” komandası 1 aprel - Ümumdünya Gülüş Günü ilə bağlı maraqlı paylaşım edib.
Sportlife.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə portuqaliyalı ulduz futbolçu Kriştanu Ronaldonu transfer etdiyini açıqlayıb.
Paylaşım azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Karaman” komandası III Liqada mübarizə aparır.