İkinci dəfə xərçəngə qalib gəldi

  • Bu gün, 16:54

"Las Palmas"ın yarımmüdafiəçisi və kapitanı Kirian Rodriqes ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib.

Sportlife.az xəbər verir ki, komanda futbolçunun qarşıdakı mövsüm öncəsi tibbi müayinədən keçdiyini və meydana qayıtmağa hazırlaşdığını bildirib.

2022-ci ilin avqustunda Rodriqesə limfa vəzi xərçəngi diaqnozu qoyulub. 2023-cü ilin yanvarında oyunçu xəstəliyə qalib gəldiyini və meydana qayıtdığını açıqlayıb.

2024-cü ilin fevralında yarımmüdafiəçidə yenidən onkoloji xəstəlik aşkarlanıb.


Paylaş: