"İkinci ulduzu qazanmaq böyük şərəfdir"

  • 23 Aprel 2024, 14:10

"İnter"in hücumçusu Lautaro Martinez çempionluqla bağlı təəssüratlarını bölüşüb.

Sportlife.az xəbər verir ki, futbolçu bu barədə "Pazzi di Fanta"ya danışıb.

“Biz çox çalışdıq, əziyyət çəkdik və indi bu ölçüyəgəlməz sevincə layiqik. Qələbəni bütün ailəmə və övladlarıma həsr edirəm - onlar həyatın mənə verdiyi ən gözəl şeydir. Derbidə qalib gəlmək unikal şansdır və biz bundan yararlanmalı idik. “İnter”lə 20-ci çempionluq və ikinci ulduz qazanmaq böyük şərəfdir. Bu qələbə azarkeşlər və heyət üçün hər şey deməkdir, bu məqsəd üçün 100-ə yaxın insan çalışıb. Mən müqaviləni uzatmağa ümid edirəm, lakin biz hələ də klubla razılaşmalıyıq və bu gün mən bu axşamdan həzz almaq istəyirəm”, – deyə Martinez bildirib.


Paylaş: