İlin idmançıları müəyyənləşdi

  • 23 Aprel 2024, 13:32

Serb tennisçi Novak Cokoviç və ispaniyalı futbolçu Aitana Bonmati "Laureus"a görə ilin idmançıları seçilib.

Sportlife.az xəbər verir ki, 36 yaşlı serb beşinci dəfə, 26 yaşlı ispaniyalı ilk dəfə mükafata layiq görülüb. Rəsmi mükafatlandırma mərasimi Madriddə baş tutub.

"İlin sıçrayışı" mükafatı "Real Madrid"in futbolçusu Cud Bellinqemə, "İlin Paralimpiyaçısı" Niderlanddan olan Diede de Qruta, "İlin komandası" mükafatı İspaniya qadın milli futbol komandasına verilib.

2023-cü ildə argentinalı futbolçu Lionel Messi və yamaykalı atlet Şelli-Ann Freyzer-Prays ilin idmançısı olub.


Paylaş: