İnzaqi Mourinyonu keçdi

  • 23 Aprel 2024, 09:46

“İnter”in baş məşqçisi Simone İnzaqi klubun ən çox mükafat alan üç məşqçisindən biridir.

Sportlife.az xəbər verir ki, 33-cü turda "Milan"ı məğlub edən (2:1) "İnter" vaxtından əvvəl İtaliya çempionu olub.

İnzaqi "neradzurri" ilə 6-cı kubokunu qazanıb. Bundan əvvəl 48 yaşlı çalışdırıcı və komandası iki dəfə İtaliya kubokunu və üç dəfə Superkubokunu qazanıb.

"İnter"də 5 kubok qazanan İnzaqi Joze Mourinyonu ötüb. A Seriyasının yaranmasından bəri (1929/30 mövsümündən bəri) ən çox titul Helenio Herrera və Roberto Mançini (hər ikisi 7) tərəfindən qazanılıb.


Paylaş: