İnzaqidən çempionluq şərhi

  • 23 Aprel 2024, 14:03

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya çempionatında qalibiyyətlə bağlı duyğularını bölüşüb.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə DAZN-a danışıb.

“Biz inanılmaz bir şey etdik və çoxlu qəhrəmanlar var: oyunçular, klub, prezident, indi burada olmayan, lakin həmişə yaxınlıqda olanlar... Hər gün daha güclü olmaq üçün çox çalışırıq. Düşünürəm ki, artıq ilk mövsümdən, Çempionlar Liqasındakı ilk oyundan, daha sonra finalda "Liverpul"a qalib gələn "Real Madrid"lə qarşılaşdığımız zaman yaxşı başlanğıc göründü və sonda altı kubok qazandıq" - deyə İnzaqi bildirib.


Paylaş: