
İtaliya nəhəngindən ayrılır
"Milan"ın futbolçusu Teo Ernandes bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişə bilər.
Sportlife.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Onun sözlərinə görə, fransalı müdafiəçi yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib. 27 yaşlı oyunçunun "rossonyerlər" ilə hazırkı sözləşməsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub. Əgər anlaşma olmasa, Teo komandanı tərk edəcək.
Bu mövsüm Teo Hernandes "Milan"ın heyətində İtaliya çempionatında 27 oyunda, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.