Kamerunlu futbolçu MLS-də çıxış edəcək
Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq MLS-də çıxış edəcək.
Sportlife.az xəbər verir ki, təcrübəli hücumçu “Nyu-York Red Bulz” klubunda oynayacaq.
35 yaşlı futbolçu tibbi müayinədən keçib. O, ABŞ klubu ilə iki illik müqaviləyə imza atıb.