Keyn İngiltərəyə qayıtmr

  • 1 Aprel 2025, 18:51

"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərəyə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu bunun gələcəkdə mümkün olacağını istisna etməyib. Amma o, hazırda bütün diqqətini "Bavariya"ya yönəltdiyini söyləyib:

"Belə söz-söhbətlərin haradan qaynaqlandığını bilmirəm. Mən burada xoşbəxtəm".

Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən qoşulub. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.


Paylaş: