Kloppun yerinə əsas namizəd bəlli olub

  • 23 Aprel 2024, 20:30

"Liverpul" rəhbərliyi klubun baş məşqçisi postuna əsas namizədlə bağlı qərar verib.

Sportlife.az "The Telegraph"a istinadla xəbər verir ki, mersisaydlılar hazırda "Feyenoord"a rəhbərlik edən Arne Slotu Yurgen Kloppun əvəzləyicisi kimi görürlər. 45 yaşlı mütəxəssisin oyun tərzi və klubun məhdud maliyyə imkanları ilə yüksək nəticələr əldə etmək bacarığı ingilisləri heyran edir.

Slot 2021-ci ilin iyulundan "Feyenoord"da çalışır.


Paylaş: