Lamin Yamal PSJ-yə keçə bilər

  • 23 Aprel 2024, 21:16

"Barselona"nın vingeri Lamin Yamal PSJ-yə keçə bilər.

Sportlife.az "Le Parisien"ə istinadla xəbər verir ki, Paris klubunun rəhbərliyi 16 yaşlı ispan üçün 200 milyon avro təklif etməyə hazırdır. Kilian Mbappe komandanı tərk edərsə, futbolçu klubun əsas hədəfinə çevriləcək.

Bu mövsüm Yamal 44 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib. Transfermarkt portalı vingerin dəyərini 75 milyon avro qiymətləndirir.


Paylaş: