Lautaro Martines Maradonaya çatıb
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportlife.az xəbər verir ki, son dünya çempionları Perunu qəbul edib. Görüş Argentinanın 1:0 hesablı qələbəsiylə başa çatıb. Matçda yeganə qolu Lautaro Martines vurub. Bu, onun milli komandada 34-cü qolu olub.
Bununla da, 27 yaşlı forvard əfsanəvi Diego Armando Maradonaya çatıb. L. Martines həmçinin Argentina millisinin tarixində ən çox qol vuran beş oyunçudan biridir.