"Liverpul"un ilk transfer hədəfi

  • 2 May 2024, 09:28

"Atalanta"nın yarımmüdafiəçisi Tyon Kopmeyners yay transfer pəncərəsində "Liverpul"un oyunçusu ola bilər.

Sportlife.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Qeyd olunur ki, hollandiyalı yarımmüdafiəçinin keçidi mersisaydlılar üçün əsas prioritetdir. Bu transferin "qırmızılar"a 50 milyon avroya başa gələ biləcəyi qeyd edilir.


Paylaş: