"Məqsədimiz Ranqniki saxlamaqdır”

  • 2 May 2024, 11:33

Avstriya Futbol Assosiasiyasının prezidenti Klaus Mitterdorfer Ralf Ranqnikin "Bavariya"ya keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportlife.az xəbər verir ki, Mitterdorfer ORF-ə müsahibəsində 65 yaşlı mütəxəssisi millidə saxlamağa çalışdıqlarını deyib:

“Vəziyyət açıq olaraq qalır. Ümid edirəm ki, o, tezliklə bizim xeyrimizə qərar verəcək. Seçim onundur. Son qərar hələ verilməyib. Biz hamımız ona başa salmağa çalışırıq ki, o, Avstriya millisində qalıb işləməyə davam etsəydi, faydalı olardı. Onunla yeni, daha uzunmüddətli müqavilə bağlamağı düşünürük. “Bavariya” ilə heç bir əlaqəmiz olmayıb və bu mövzu mənə aid deyil. Məqsədimiz Ranqniki saxlamaqdır”.


Paylaş: