Mikel Arteta: "Əlimizdən gələni etmək istəyirik"

  • 22 Aprel 2024, 21:14

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 33-cü turunun "Çelsi" ilə matçı öncəsi İngiltərədəki çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Arteta mətbuat konfransında “Biz bunun üçün əlimizdən gələni etmək istəyirik. Bu kuboku qaldırmaq şansımız olduğu müddətdə mübarizəmizi davam etdirmək əzmindəyik. Yarış daha iki komandadan asılıdır. Bunlar bu liqa tarixindəki ən yaxşı iki komandadır” - deyə açıqlama verib.

33 turdan sonra "Arsenal" 74 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Liverpul” (74) 2-ci, “Mançester Siti” (73) üçüncüdür.


Paylaş: