MS və "Çelsi"nin ortaq hədəfi

  • 1 Aprel 2025, 19:47

"Mançester Siti" və "Çelsi" "Torino"nun 28 yaşlı qapıçısı Vanya Milinkoviç-Saviçə maraq göstərir.

Sportlife.az xəbər verir ki, London klubunun baş məşqçisi Enzo Mareska qapıçılar Robert Sançes və Filip Yorgensenin çıxışından narazıdır. Öz növbəsində "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola 31 yaşlı Edersona əvəzləyici axtarır. Milinkoviç-Saviçin müqaviləsində 20 milyon avroluq vaxtından əvvəl xitam bəndi var.

Bu mövsüm Milinkovic-Saviç bütün yarışlarda 31 oyun keçirib, bunların 10-da qapısını təmiz saxlayıb. 


Paylaş: