
Musiala: "Zədələnməyimdə heç kimin günahı yoxdur"
"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə oyunda (0:2) aldığı zədə ilə bağlı açıqlama verib.
Sportlife.az xəbər verir ki, almaniyalı futbolçu zədələnməyində heç kimin günahı olmadığını bildirib. O, futbolda belə hallar normal olduğunu söyləyib.
22 yaşlı futbolçunun Fransa klubunun qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində fibula sümüyü sınıb və topuq yerindən çıxıb. Bundan sonra italiyalı qapıçı ictimaiyyət tərəfindən tənqidlərə məruz qalıb.
İyulun 7-də futbolçunun Almaniyada uğurlu əməliyyat keçirdiyi məlum olub. "Bild"in məlumatına görə, Musiala 4-5 aydan sonra sıraya qayıdacaq.